Novxanı qəsəbəsindəki avtoqəzada yaralanan sürücü xəstəxanada dünyasını dəyişib

5 İyul 2019 22:38 (UTC+04:00)

İyunun 24-də Abşeron rayonunun Novxanı qəsəbəsində 3 minik avtomobilinin toqquşması nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Fətullayev Kazım Şakir oğlu ağır bədən xəsarətləri almışdı. O, ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, K.Fətullayev 10 gündən sonra xəstəxanada keçinib.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.