Tovuzda avtomobil qəzası nəticəsində 2 nəfər xəsarət alıb

5 İyul 2019 22:55 (UTC+04:00)

Qovlar şəhər ərazisində “VAZ-21011” markalı avtomobillə “Jeep markalı” avtomobil toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlardan biri, 18 yaşlı gəncin qolu sınıb.

Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)