Dembele Neymardan yaxşıdır - “Barcelona” klubunun prezidenti

6 İyul 2019 09:01 (UTC+04:00)

“Barcelona” klubunun prezidenti Josep Mariya Bartomeu Usman Dembele ilə fransız hücumçu Neymarı müqayisə edib.

Josep Mariya Bartomeu Dembeleni klub üçün vacib oyunçu olduğunu bildirib:

“Dembele cavandır, talantlıdır və kluba təklif etməyə yeni nəyisə var. Hesab edirəm ki, o, Neymardan yaxşıdır. Dembelenin inkişafı hələ qarşıdadır və biz istəyirik ki, bu inkişaf “Barcelona” klubunda baş versin”.

Qeyd edək ki, Dembele Almaniyanın “Borussiya” (Dortmund) komandasından “Barcelona” ya 125 milyon avro müqabilində transfer olunub. Keçirdiyi 29 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçu ilə klub arasında müqavilənin müddəti 2022-ci ilin yayına qədərdir.

Neymar isə “Barcelona” klubundan “PSJ”yə 222 milyon avroya transfer edilib. Ötən sezonda 28 dəfə yaşıl meydana çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə edib. (Report)