10 yaşlı qıza təcavüz edən 47 yaşlı kişinin başına oyun açdılar

6 İyul 2019 10:38 (UTC+04:00)

Türkiyənin Denizli ərazisinin Honaz bölgəsində 10 yaşlı qız uşağına təcavüz edən 47 yaşlı E.K saxlanılıb. Hadisəyə münasibət bildirən məhəllə sakinləri E.K-nın evini daşlayıb, əşyalarını küçəyə çıxararaq yandırıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Kocabaş məhəlləsində meydana gəlib. E.K eyni məhəllədə yaşayan qız uşağını maşına mindirib, təcavüz edib. Azyaşlı yaşadıqlarını ailəsinə danışıb.

Ailə və məhəllə sakinləri evinə getdikləri E.K-yə hücum edib. Qonşular şübhəlinin əşyalarını yandırıb, evini daşlayıb.

Hadisə yerinə polis çağırılıb. Polis araşdırma apardıqdan sonra insanları sakitləşdirərək evlərinə getmələrini bildirib.

Aparılan araşdırmalardan sonra təcavüzkar çıxarıldığı məhkəmədə tutulub.

Səidə Vahid

AzNews.az