"Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 mlrd. dollara çatıb"

6 İyul 2019 12:32 (UTC+04:00)

Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşlarındadır.

Bunu Abşeron Logistika Mərkəzində "Sian-Bakı" blok qatarının qarşılanma mərasimində İqtisadiyyat naziri Şahin Mustafayev çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Çinin bu region ilə olan ticarətinin 43%-i Azərbaycanın payına düşür.

"Cari ilin nəticələrinə görə, bu ilin 5 ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 mlrd. dollara çataraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artıb",- deyə nazir qeyd edib. (Report)