13 yaşlı yeniyetmə kürəyindən bıçaqlandı

6 İyul 2019 16:10 (UTC+04:00)

Mingəçevirdə 13 yaşlı yeniyetməyə kəsici alətlə ağır xəsarət yetirilib.

Hadisə şəhərin Puşkin küçəsində qeydə alınıb.

Naməlum şəxs 13 yaşlı yeniyetməyə kürək nahiyəsindən kəsici alətlə (ehtimala görə bıçaqla) xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.(apa.az)

AzNews.az