YAP üzvlərinin sayı açıqlandı

6 İyul 2019 15:53 (UTC+04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı açıqlanıb.

Hazırda partiyanın 742 min 170 nəfər üzvü var.

Bu ilin 6 ayı ərzində YAP-a 11 mindən artıq yeni üzv qəbul olunub.

Qeyd edək ki, YAP 1992-ci ildə yaradılıb.

1993-cü ildən Azərbaycanın hakim partiyasıdır.

2018-ci ildə siyasi təşkilat üzvlərinin sayı 20 min nəfər artıb.(report.az)

AzNews.az