Tbilisidə etirazçılar və müxalifətin birgə aksiyası başladı

6 İyul 2019 20:15 (UTC+04:00)

Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb edirlər.

Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və tərəfdarları da qoşulub.

Aksiya hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru "Azadlıq yürüşü" ilə davam etdiriləcək.

Sayca 17-ci olan aksiyada kütləvilik müşahidə olunur. Parlament binası qarşısındakı Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.(report.az)

AzNews.az