Lənkəranda ağır qəza - Ölən var

6 İyul 2019 22:00 (UTC+04:00)

Lənkəranda minik və yük avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb.

Yol-nəqliyyat hadisəsi Gərmətük kəndində baş verib. "Mercedes" markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən "QAZ-52" markalı avtomobil ilə toqquşub. Maşınlar zərbənin təsirindən aşıblar.

Qəza nəticəsində "QAZ-52"nin sürücüsü Türkəkəran kənd sakini, 1993-cü il təvəllüdlü Tahirov Hakim Mübariz oğlu hadisə yerində vəfat edib, sərnişini 1964-cü il təvəllüdlü Nurullayev Ehtiram Nahid oğlu isə ağır yaralanıb.

Yaralı ilə birgə digər avtomobilin sürücüsü Siyavar kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Rasim Adət oğlu da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəzaya yük avtomobilinin dönmə əməliyyatını qəfildən yerinə yetirməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az