Rusiyada yanacaq daşıyan maşın partladı, 7 nəfər öldü - YENİLƏNİB

7 İyul 2019 07:11 (UTC+04:00)

Rusiyanın Sverdlovsk vilayətində Karpinsk-Kıtlım yolunun 44-cü kilometrində qəzaya düşən yanacaq daşıyan avtomobilin sürücüsünün sərxoş olduğu məlum olub.

Yerli KİV-in məlumatına görə, avtomobilin qəzaya düşməsi nəticəsində yaranan alovda 2-si kişi, 5-i qadın olmaqla ölənlərin sayı 7-yə çatıb.

Xəsarət alanlar təcili olaraq helikopterlə Yekaterinburqa çatdırılıblar.

02:50

Rusiyanın Sverdlovsk vilayətində bədbəxt hadisə baş verib.

“RİA Novosti”yə istinadla xəbər verilir ki, yanacaq daşıyan avtomovil partlayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi istiqamətində araşdırma aparılır. (APA)