ABŞ-da ağır yol qəzası - 7 nəfər öldü, 3 nəfər yaralandı

7 İyul 2019 10:03 (UTC+04:00)

ABŞ-ın Corciya ştatında şənbə günü baş verən ağır yol qəzasında 7 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Fox News telekanalının yaydığı məlumata görə, Franklin dairəsindəki sürətli yolda üç avtomobil toqquşub. İçərisində 6 nəfərin olduğu yolsuzluq avtomobili məlum olmayan səbəbdən qarşı hərəkət zolağına çıxaraq furqona çırpılıb. O da üçüncü avtomobilə dəyib.

Polisin məlumatına görə, furqonun sürücüsü və üç sərnişini həyatını itirib. Qəzada, həmçinin yolsuzluq avtomobilindəki üç nəfər həlak olub, üçü isə yaralanıb.

Qəzanın səbəbi hələlik aydınlaşmayıb. Hüquq mühafizə orqanları təhqiqata başlayıb.