Bunu jurnalistlərə açıqlamasında "Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) balans uçotu şöbəsinin rəisi Anar Mirzəyev bildirib.
Onun sözlərinə görə, hava limanı 110/35/10 kVt-luq "Lənkəran 2" stansiyasından elektrik enerjisi ilə təchiz olunur.
O həmçinin əlavə edib ki, yarımstansiya hərəsinin gücü 25 mVt olan 2 transformatordan ibarətdir və ondan 9-u əhali, 9-u isə sərbəst xətt olmaqla, ümumilikdə 18 xətt çıxır: "Ən iri sərbəst xətt üzərində Lənkəran Beynəlxalq Hava Limanı yerləşir. Hava limanı hər iki tərəfdən gərginliklə təmin edilib. Onlardan biri əsas xətt, digəri isə ehtiyat xətdir. Bu yarımstansiyadan Lənkəran şəhəri və 5 kənd elektrik enerjisi ilə təmin edilir". (APA)