Rusiya aviaşirkətləri Tbilisidən sonuncu reyslərini həyata keçirib

7 İyul 2019 22:01 (UTC+04:00)

Bu barədə Tbilisi hava limanından bildiriblər.

İki ölkə arasında birbaşa reysləri altı Rusiya və iki Gürcüstan aviaşirkətləri həyata keçirirdi. Bildirilir ki, Tbilisi hava limanından son iki təyyarə yerli vaxtla 19:00 və 19:55-də uçub.

Kurort şəhəri olan Batumidən isə gecə yarısı “Pobeda” aviaşirkətinə məxsus sonuncu reys Yekaterinburq istiqamətində havaya qalxacaq.

Uçuş qrafikinə əsasən, Moskvadan Tbilisiyə sonuncu reysi gecə saat 02:00-da “Aeroflot” şirkəti həyata keçirəcək. (APA)