Tanınmış futbolçu Çin klubuna keçdi

8 İyul 2019 11:52 (UTC+04:00)

İtaliyanın “Roma” klubunun futbolçusu Stefan Əl-Şaaravi Çinin “Şanxay Şenxua” klubuna transfer olub.

Misir əsilli italiyalı hücumçu 3 illik müqaviləyə imza atıb.

Əl-Şaaravi bu müddətdə 40 milyon avro qazanacaq. Asiya təmsilçisi 26 yaşlı forvardın keçidi üçün “Roma”ya 18 milyon avro ödəyib.

Qeyd edək ki, Stefan Əl-Şaaravi 2016-cı ildən “Roma”da çıxış edirdi.(report.az)

AzNews.az