Bərdədə sürücü maşını polislərin üstünə sürdü

7 May 2013 14:51 (UTC+04:00)
Azərbaycanda polisin dayan əmrinə tabe olmayan sürücü maşınını reyd keçirən yol polislərinin üstünə sürüb.

AzNews.az-a verilən məlumata görə, hadisə Bərdə – Tərtər magistral yolunda bu rayonların polislərinin birgə keçirdiyi reyd zamanı baş verib. Polislərin çəkilməməsi nəticəsində həmin sürücü avtomobili saxlamağa məcbur olub. Məlumata görə, yolun bu hissəsində tez-tez qəzalar baş verdiyindən burada intensiv olaraq reydlər keçirilir.

AzNews.az