Ukrayna Pentaqondan ilk dəfə silah istədi

8 İyul 2019 13:00 (UTC+04:00)

Bu barədə ABŞ-ın Ukraynadakı Səfirliyində müvəqqəti işlər vəkili Uliyam Teylor tvitter mikrobloqunda məlumat verib.

“Böyük məmnuniyyətlə bildirim ki, Ukrayna ilk dəfə ABŞ Müdafiə Nazirliyinə xaricdə silah satışı proqramı çərçivəsində silah alması ilə əlaqədar müraciət ünvanlayıb. Biz bu məsələnin həlli yönündə işləməyə başladıq. ABŞ Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müdafiə sektorunun islahatlarını dəstəkləyir”, - deyə Teylor qeyd edib.(qafqazinfo.az)

AzNews.az