Kosovo məsələsinin həllinə nail olmaq çətindir - Serbiya prezidenti

8 İyul 2019 13:25 (UTC+04:00)

“Kosovo böhranı ABŞ, Rusiya və digər beynəlxalq fövqəldövlətlərin səyləri olmadan həll edilə bilməz”.

AzNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunları Serbiya prezidenti Aleksandr Vuçiç “RTS” televiziya kanalına danışarkən deyib.

"Biz albanlarla möhkəm sülh yaratsaydıq, bu, Serbiyanın gələcəyi və vətəndaşlarımız üçün vacib olardı. Amerikalılar, rus və digər dünya dövlətləri olmadan Kosovo məsələsinin hər hansı bir həllinə nail olmaq çox çətindir”.

Vuçiç dialoq tərəflərindən hər hansı birinin müstəqilliyini hazırkı sərhədlərdə qeyd-şərtsiz tanınmasını tələb edərsə, danışıqların nəticə verməyəcəyini qeyd edib.

“Kosovo insanlarımızın yaşadığı mühüm hissədir və biz onlara, onların təhlükəsizliyinə, gələcəyinə qayğı göstərməli və yaşamaları üçün mübarizə aparmalıyıq", - deyə prezident Kosovo və Metoxiyanın onun üçün şəxsən nə demək olduğu barədə suala cavabında bildirib.

Pərvanə Ağazadə

AzNews.az