AFFA bəzi klubları cəzalandırdı

7 May 2013 15:02 (UTC+04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Topaz Premyer Liqasının 29-cu turundan sonra bəzi klublar yenə cəzalanıblar.

Belə ki, "İnter" Bakı" matçında "İnter" klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə klub 1000 manat cərimə olunub. "Qarabağ" "Neftçi" görüşündə "Qarabağ"ın azarkeşləri stadiona kənar əşyalar atdığına görə klub 100 manat cərimə ödəyəcək.

Cəza "Turan" klubundan da yan keçməyib . Belə ki, "Azal" "Turan" oyununda Tovuz təmsilçisinin 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimə olunub.//affa.az//

AzNews.az