Gülay Kamil ilə boşanmadığını belə sübut etdi

8 İyul 2019 13:54 (UTC+04:00)

Son zamanlar mətbuatda müğənni Gülay Zeynallının həyat yoldaşı Kamil Zeynallıdan ayrılması haqqında şayiə yayılıb.

AzNews.az xəbər verir ki, Gülay Zeynallı yayılan şayiələrə son qoymaq üçün İnstagramda Kamil Zeynallı ilə fotosunu paylaşaraq “Allah ayırmasın” şərhini yazıb.

Sosial şəbəkə istifadəçiləri isə “Yalandan şəkil qoyub kimə yanıq verirsən?”, “Bu şəkil beş il əvvəl çəkilib”, “Həmişə əl-ələ, yalan şayiələrə son” və s. kimi şərhlər yazıblar.

Qeyd edək ki, cütlüyün bir qızı var.

Rəqsanə

AzNews.az