Yunanıstanın yeni baş naziri and içdi

8 İyul 2019 14:45 (UTC+04:00)

Ötən gün keçirilən parlament seçkilərində qalib gələn mühafizəkar Yeni Demokratiya Partiyasının lideri Kiriakos Misotakis Yunanıstanın baş naziri kimi and içib.

RİA "Novosti” xəbər verir ki, mərasim prezident sarayında keçirilib.

Andiçmədə Yunanıstan Prezidenti Prokopis Pavlopulos da iştirak edib.

Kiriakos Misotakisu sarayın qarşısında Afina və Yunanıstanın arxiyepiskopu İeron qarşılayıb. Daha sonra mərasim başlayıb.

Qeyd edək ki, iyulun 7-də Yunanıstan parlamentinə növbədənkənar seçkilər keçirilib. Yeni Demokratiya Partiyası parlamentdəki 300 yerdən 158-ni qazanaraq hökuməti təkbaşına formalaşdıracaq.(report.az)

AzNews.az