Velosipedçi yol qəzasının qurbanı oldu

8 İyul 2019 15:06 (UTC+04:00)

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 7-də saat 21 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Cəniyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən paytaxt sakini Kamran Əliyevi vurub. Nəticədə velosipedçi hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az