Türkanda üç istirahət mərkəzi cərimələndi

8 İyul 2019 15:59 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakının Türkan qəsəbəsi ərazisində tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzNews.az