FİFA prezidenti fitə basıldı

8 İyul 2019 16:51 (UTC+04:00)

Bu, qadınlar arasında dünya çempionatının final oyununda yaşanıb.

ABŞ və Hollandiya millilərinin matçından (2:0) sonra meydana çıxan qurum rəhbəri azarkeşlər tərəfindən fitə basılıb. Fanatlar “eyni maaş” şüarları səsləndirməklə, kişi və qadın futbolçuların maaşları arasındakı duruma etiraz ediblər.

Qeyd edək ki, ABŞ yığması 2015-ci ildə qazandığı titulu qoruyaraq, tarixində 4-cü dəfə çempion olub.(apa.az)

AzNews.az