Rusiyada itkin düşən 55 yaşlı Vaqif tapıldı

8 İyul 2019 17:39 (UTC+04:00)

İyulun 5-də Rusiyanın Volqoqrad vilayətində itkin düşən 55 yaşlı Azərbaycan vətəndaşı Zingirov Vaqif Qiyamət oğlu tapılıb.

Krasnoarmeysk rayon sakini Zingirov aparılan axtarışlardan sonra iyulun 7-də sağ və sağlam şəkildə tapılıb.

Sözügedən şəxsin xanımı Diana bildirib ki, həyat yoldaşı kəndə qonaqlığa gedib.

Lakin telefonu itdiyindən evlə əlaqə saxlaya bilməyib.(qafqazinfo.az)

AzNews.az