Türkiyədə mikroavtobus uçuruma yuvarlandı - Ölən var

8 İyul 2019 17:45 (UTC+04:00)

Türkiyənin Gümüşhane şəhərinin Kelkit rayonunda sərnişin mikroavtobusu uçuruma yuvarlanıb.

Hadisə nəticəsində bir nəfər ölüb, altısı uşaq olmaqla 18 nəfər yaralanıb.

Qəza baş verən bölgəyə təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılar Kelkit dövlət xəstəxanasına yerləşdiriliblər.(AZƏRTAC)

AzNews.az