Bunu Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli deyib.
O bildirib ki, hazırda Agentlik beynəlxalq standartlara uyğun olaraq nəzarət mexanizmlərinin hazırlanması ilə məşğuldur:
“Yüksək riskli məhsullar üzərində dövlət nəzarəti həm ölkədə istehsal olunan, həm də idxal edilən bütün növ məhsullara şamil olunacaq. Hazırda biz istehlakçılardan gələn şikayətlər əsasında obyektlərdə monitorinqlər keçiririk. Yoxlamalar nəticəsində bəzi obyektlərdə pozuntu halları aşkar edilib”.