Cəlilabadda iki yol qəzası olub, xəsarət alanlar var

8 İyul 2019 21:00 (UTC+04:00)

Hər iki qəza rayon ərazisində qeydə alınıb.

İlk qəzada rayon sakini, 1961-ci il təvəllüdlü Kərimova Şərqiyyə Muradxan qızı, digər qəzada isə Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Kərimova Gülarə Ağayar qızı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktlarla bağlı araşdırma aparılır. (Report)