Neftçalada “Mercedes” aşdı, ölən və xəsarət alanlar var

8 İyul 2019 22:36 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən Aznews.az-a verilən məlumata görə, iyulun 7-də saat 14 radələrində Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində Salyan şəhər sakini F.Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən - anası Əminə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.