Liviyada girovluqdan buraxılan dənizçilər İstanbula gəldi

9 İyul 2019 07:43 (UTC+04:00)

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Xəftər tərəfindən girov götürülən Türkiyə vətəndaşı ola 6 dənizçi Liviyanın paytaxtı Trablusdan bu gün təyyarə ilə İstanbula gəlib.

Türkiyə Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi Murat Tamer və ailələri qarşılayıb.

Dənizçilər bildiriblər ki, girov götürülərkən internet vastəsilə əlaqə qurmaq imkanları məhdudlaşsa da, onlar lazımı yerlərlə məlumat vermək imkanı qazanıblar və rəsmi Türkiyənin müdaxiləsindən sonra buraxılıblar. “Gəmidə bir çox hadisələrlə üz-üzə gəldik, amma bunu bildirməməyə çalışdıq. Dövlətimiz, rəsmilərimiz bizə dəstək verdikləri üçün təşəkkür edirik”, deyə dənizçilərdən biri bildirib.

Qeyd edək ki, Liviya Milli Ordusu tərəfindən girov götürülən gəmiçilər Türkiyə XİN və Müdafiə Nazirliyi rəhbərliyinin müdaxiləsindən sonra iyulun 1-də geri qaytarılmışdılar. (APA)