Türkiyədə kütləvi zəhərlənmə - 118 nəfər...

9 İyul 2019 10:02 (UTC+04:00)

Türkiyənin Gümüşhane bölgəsində yerləşən Dibekli kəndində kütləvi zəhərlənmə olub.

Mədə bulanması və qusma səbəbindən 118 nəfər xəstəxanalara yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənmənin mənbəyi uzaq məsafədən gətirilən içməli sudur.

Bildirilir ki, zəhərlənməyə səbəb “koliform” bakteriyasıdır.

Faktla bağlı araşdırma aparılır.(AZƏRTAC)

AzNews.az