Qarpız kəsəndə bıçaq qarnına batdı

9 İyul 2019 11:01 (UTC+04:00)

Gəncə şəhərində 46 yaşlı qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İyulun 8-də 1973-cü il təvəllüdlü, Gəncə şəhər sakini Baxşiyeva Sevda yaşadığı evin həyətində qarpız kəsərkən yıxılıb və nəticədə əlindəki bıçaq onun sağ qabırğa altı nahiyəsinə girib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az