Bu dövlət rüsumu ləğv olundu

9 İyul 2019 12:35 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi qəbul edilib.

Qanunla Azərbaycanda xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumu ləğv olunur.

Qeyd edək ki, hazırda bu rüsum 4 manatdır.(report.az)

AzNews.az