“Sperantsa” - “Neftçi” matçı canlı yayımlanacaq

9 İyul 2019 13:31 (UTC+04:00)

Moldovada "Sperantsa" və "Neftçi" arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq.

İyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda təşkil olunacaq qarşılaşmanı CBC Sport telekanalı ekranlara gətirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Həmin gün "Səbail" və Rumıniyanın "Universitatya" (Krayova) komandaları arasında keçiriləcək görüş isə CBC International telekanalında canlı yayımlanacaq. Bayıl stadionundakı oyun saat 20:00-da başlanacaq.

Qeyd edək ki, "Qarabağ"ın Albaniyada "Partizani" ilə iyulun 10-da keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünü də CBC Sport ekranlara gətirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.(report.az)

AzNews.az