Türkiyədən şəhid xəbəri gəldi

9 İyul 2019 14:51 (UTC+04:00)

Türkiyənin Hakkari bölgəsində içərisində hərbçilər olan avtomobilin terrorçu PKK qruplaşmasının silahlıları tərəfindən uzaq məsafədən atəşə tutulması nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb.

“Hurriyet” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyi şəhidlərin ailə üzvləri və yaxınlarına başsağlığı verib.(report.az)

AzNews.az