Qazaxda üç yaşlı uşaq yandı - Vəziyyəti ağırdır

9 İyul 2019 15:29 (UTC+04:00)

Qazax şəhərində 3 yaşlı uşaq yanıq xəsarətləri alıb.

2016-cı il təvəllüdlü Ömər Şahmarov ehtiyatsızlıqdan içərisi qaynar su ilə dolu olan qazanın içərisinə yıxılıb.

O, yaxınları tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Ö.Şahmarovun vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az