“Zirə” klubunun prezidenti istefa verdi

9 İyul 2019 15:39 (UTC+04:00)

Natiq İsmayılov "Zirə" Peşəkar Futbol Klubunun prezidenti vəzifəsindən istefa verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Zirə" N.İsmayılova göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib və gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Natiq İsmayılov klubda 2015-ci ildən çalışırdı.(report.az)

AzNews.az