52 yaşlı qadın küçədə döyüldü

9 İyul 2019 15:44 (UTC+04:00)

Göygöl rayonunda 52 yaşlı qadın tanışı tərəfindən döyülüb.

Hadisə şəhərin Bayraq Meydanı yaxınlığında qeydə alınıb.

Belə ki, mübahisə zəminində küçədə tanışı tərəfindən döyülən 1967-ci il təvəllüdlü N.Q. müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az