Boks üzrə Azərbaycan millisinin baş məşqçisi istefa verdi

9 İyul 2019 15:58 (UTC+04:00)

Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verib.

Bu barədə təcrübəli mütəxəssisin özü şəxsi "Facebook" səhifəsində yazıb. O, Azərbaycan Boks Federasiyasının dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb.

Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.(report.az)

AzNews.az