Bakı-Ağstafa sürət qatarı ləğv edilir

9 İyul 2019 16:57 (UTC+04:00)

İyulun 15-dən Bakı–Ağstafa sürət qatarı ləğv ediləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Qurum qərarını hərəkət qrafikinin optimallaşdırılması ilə izah edib. Sərnişinlər bundan sonra ölkənin qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər.(report.az)

AzNews.az