DİN polis bölməsinə hücumun görüntüsünü yaydı - Xətaidə qalmaqal (VİDEO)

9 İyul 2019 17:03 (UTC+04:00)

Sosial şəbəkələrdə Xətai RPİ-nin 36-cı polis bölməsində şəhid ailəsinə guya təziq olunması ilə bağlı yayılan vieogörüntülərin dezinformasiya olduğu məlum olub.

AzNews.az xəbər verir ki, əslində Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları, baş verənləri gizlətmək məqsədi daşıyır.

İyulun 6-da A. Əliyevanın oğlu Qorxmaz Cahangirov velosiped oğurluğunda şübhəli kimi polis bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman narkotik vasitə olan heroin də aşkar edilib.

Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş Q.Cahangirovun anası A. Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib. Həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib. Bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib.

AzNews.az