Gürcüstanda dollar kəskin bahalaşdı

9 İyul 2019 17:17 (UTC+04:00)

Gürcüstan Milli Bankının iyulun 10-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9096 lari təşkil edir.

Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları 0,0776 lari bahalaşıb.

Qonşu ölkədə avronun da qiymətində artım qeydə alınıb. Bu xarici valyutanın sabahkı qiyməti bugünkü məzənnə ilə müqayisədə 0,0821 lari artaraq 3,2599 lariyə bərabər olub.

Qeyd edək ki, bu gün Gürcüstanın kommersiya banklarında bir ABŞ dolları 2,97 lariyə təklif olunub.(report.az)

AzNews.az