Bakıda 18 yaşlı qız canına qıydı

9 İyul 2019 17:45 (UTC+04:00)

Nizami rayon Elşən Süleymanov küçəsində 2001-ci il təvəllüdlü Məmmədova Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. 18 yaşlı qız 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır, onun hansı səbəbdən intihar etməsi məlum deyil.(apa.az)

AzNews.az