Bakı-Şamaxı yolunda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

9 İyul 2019 17:59 (UTC+04:00)

Bu gün saat 17:30 radələrində Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Acıdərə adlanan ərazidə "Ford" markalı sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. (APA)