Xırdalanda "Mercedes" piyadanı vurdu, hadisə yerində keçindi

9 İyul 2019 19:12 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən Aznews.az-a verilən məlumata görə, iyulun 8-də saat 13 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Y.Zərbalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Rasim Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.