Kürdəmirdə otlaq sahəsi yanır

9 İyul 2019 22:16 (UTC+04:00)

Hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır. (Report)