ABŞ Çinlə ticarət danışıqlarını bərpa etdi

10 İyul 2019 05:05 (UTC+04:00)

ABŞ və Çin ticarət mübahisəsinin nizamlanması üzrə məsləhətləşmələri bərpa edib.

Danışıqlar üzrə amerikalı nümayəndə Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin çərşənbə axşamı günü bu problemi ÇXR Dövlət Şurasının sədr müavini Lyu Xe və kommersiya naziri Çjun Şanla müzakirə edib.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, bu barədə məlumatı “Reuters” yayıb.

“Hər iki tərəf bu danışıqları müəyyən edilmiş qaydada davam etdirir”, - deyə agentlik ABŞ administrasiyasının nümayəndəsindən açıqlamasından sitat gətirir. Açıqlamada hansı məsələlərin ABŞ və ÇXR tərəfindən müzakirə olunduğu deyilmir. (APA)