Bakıda qırmızı işıqda keçən avtomobil qəzaya düşdü

10 İyul 2019 04:10 (UTC+04:00)

Bakının Nəsimi rayonunda iki minik maşını toqquşub.

Hadisə Azadlıq prospekti və A.Bakıxanov küçəsinin kəsişməsində baş verib.

Zamanov Naib Niyazəli oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Azadlıq prospektində işıqforun yaşıl işığından keçərək hərəkətdə olarkən A.Bakıxanov küçəsi ilə qırmızı işıqda hərəkətinə davam edən və sürücü İradə Cəfərovanın sükanı arxasında olduğu "Kia" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "Kia"da olan orta yaşlı qadın sərnişin xəsarət alıb.

İlkin məlumata görə, hadisə "Kia" markalı avtomobilin yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır. (APA)