PKK-çılar iki çobanı öldürdü

10 İyul 2019 02:28 (UTC+04:00)

Türkiyədə iki çoban PKK terrorçuları tərəfindən öldürülüb.

“Anadolu”ya istinadən xəbər verilir ki, insident Şırnak əyalətində baş verib.

Axşam saatlarında Şırnakın Keçidboyu kəndinin Herbuş yaylağında heyvanlarını otaran Abdulhakim Demir və Vali Çevik adlı çobanlar terrorçular tərəfindən qaçırılıb. Daha sonra həmin iki çobanın odlu silahla qətlə yetirilmiş meyitləri aşkar olunub.

Terrorçuların ələ keçirilməsi istiqamətində bölgədə əməliyyata başlanılıb. (APA)