3 oyunda ev sahibləri qələbə qazandı - Çempionlar Liqası

10 İyul 2019 00:22 (UTC+04:00)

Futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

İlk oyunlar çərçivəsində 8 matç keçirilib.

Qarşılaşmalardan üçündə evdə oynayan komanda qələbə qazanıb. Onlardan yalnız HİK rəqibinə böyükhesabla qalib gəlməyi bacarıb. “Astana” rəqibini bir top fərqi ilə məğlub edib.

“Şkendiya” və “Seltik” isə rəqib meydanında qələbə qazanıb. Sonuncular iki, makedoniyalılar bir top fərqi ilə qalib gəlməyə nail olub. Digər üç oyunda qalib müəyyənləşməyib. Bunlardan ikisində dörd qol vurulub.

Qeyd edək ki, ilk oyunlara iyulun 10-da baş tutacaq 8 matçla yekun vurulacaq. (APA)

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
17:00. "Astana" (Qazaxıstan) - ÇFR (Kluj, Rumıniya) – 1:0

Postnikov, 68
18:00. "Ararat" (Ermənistan) - AIK (İsveç) – 2:1
Avetisyan, 3 (pen.), 45 – Obasi, 39
20:00. HİK (Finlandiya) - "HB Torshavn" (Farer adaları) – 3:0
Lappalaynen, 21, 66, Oşoqnessi, 42
20:00. "Nomme Kalyu" (Estoniya) - "Şkendiya" (Makedoniya) – 0:1
İbraimi, 81 (pen.)
21:45. "Sarayevo" (Bosniya və Herseqovina) - "Seltik" (Şotlandiya) – 1:3
Oremus, 29 – Conston, 35, Eduard, 51, Sinkleyr, 86
22:00. TNS (Uels) – “Ferronikel” (Kosovo) – 2:2
Draper, 49 (pen.), Edvards, 77 – Zeka, 89, Fazliu, 90 (pen.)
22:00. "Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya) – 0:0
22:00. "Düdelanj" (Lüksemburq) - "Valletta" (Malta) – 2:2

Bettayeb, 26, Stolz, 45 – Pakker, 64, Borq, 70