Bakıda qayınanası ilə dalaşan kişidən şok addım

10 İyul 2019 10:02 (UTC+04:00)

Hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib.

Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.

Ə. Babayev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.(trend.az)

AzNews.az